19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz yer aldığı 8-ci qrupun ilk matçında Belçika yığması ilə qarşılaşıb. Lüksemburqda keçirilən oyunda qapılara altı qol vurulub. Bosniya və Herseqovinadan olan Luka Bilbiyanın idarə etdiyi qarşılaşma yığmamızın ağır məğlubiyyəti ilə başa çatıb. Yeganə qolumuzu Mahmud Ağayev vurub. Amma belçikalılar komandamızı hesabı açmasına peşman olub. Millimizin heyətində Süleyman Damadayev də avtoqol müəllifi olub.
8-ci qrupun digər oyununda bu gün Lüksemburq və İspaniya yığmaları da qarşılaşıb. İspanlar bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıblar. Azərbaycan millisi qrupdakı ikinci matçını noyabrın 13-də İspaniyaya qarşı keçirəcək.
AÇ-2022-nin seçmə mərhələsi
8-ci qrup
10 noyabr
Azərbaycan – Belçika 1:5
Qol: Mahmud Ağayev, 27 – Yohan Bakayoko, 35. Tuur Rommens, 36. Mario Stroeykens, 70. Luka Oyen, 73. Süleyman Damadayev, 85-öz qapısına.
Baş hakim: Luka Bilbiya.
Azərbaycan: 12. Amin Ramazanov, 5. Mirəli Əhmədov (21. Süleyman Damadayev, 65), 8. Rauf Rüstəmli, 9. Mehrac Baxşəli (k), 10. Vüsal Əliyev, 11. Mirmövsüm Canıyev (19. Ağadadaş Salyanski, 73), 13. İbrahim Ramazanov, 14. Hüseyn Babayev, 15. Mahmud Ağayev (18. Cavanşir Şahbazlı, 74), 20. Xəyal Səmədov, 23. Xəyal Əliyev (6. Oral Yusu, 77).
Ehtiyat oyunçular: 1. Eldar Tağızadə, 2. David Orucov, 7. Gülağa Əsədov, 16. Vüsal Qənbərov, 17. Kamal Kazımov.
Baş məşqçi: Elxan Abdullayev.
Belçika: 1. Vik Şambaere, 2. Natan Nqoy, 3. Zeno Debast, 5. Tuur Rommens (20. Alexandro Kalut, 61), 6. Romeo Laviya (21. Arne Engels, 61), 7. Yohan Bakayoko (19. Enthoni Deskott, 81), 9. Mario Stroeykens, 10. Luka Oyen (8. Sisse Sandra, 74), 16. Nils De Vilde, 17. Lukas Mondele, 18. Noah Mbamba-Muanda (k) (11. Linnt Audoor, 61).
Ehtiyat oyunçular: 12. Keo Boets, 4. Bram Lagae, 14. Martin Vasinski, 15. Adnane Abid.
Baş məşqçi: Uesli Sonk.


