Azərbaycan millisi Skopyedən iki qələbə ilə dönür

Şimali Makedoniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi burada iki yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, paytaxt Skopyedə məskunlaşan komandamız ikinci hazırlıq matçına bu gün çıxıb. Rəqib Şimali Makedoniyanın U-17 komandası olub. Üç qolun qeydə alındığı oyunda millimiz qələbə qazanıb – 2:1. Yığmamızın qollarını oyunun 89-cu və 90+3-cü dəqiqələrində fərqlənən Röyal Fərzullazadə vurub.

Xatırladaq ki, bu komandalar arasında aprelin 18-də keçirilmiş ilk oyun da futbolçularımızın qələbəsi ilə yekunlaşmışdı – 1:0. Komandamızın yeganə qolunu 35-ci dəqiqədə Həsən Nəzərli vurmuşdu.

Yığmamızın Skopye toplanışı aprelin 21-nə qədər nəzərdə tutulub. Komandamızın üzvləri toplanışı başa vurduqdan sonra Bakıya dönəcək.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyaya 21 futbolçu ilə yollanmışdı. Baş məşqçi Füzuli Məmmədov Skopyeyə bu oyunçuları aparmışdı:

1. Ayxan Abbaszadə – Turan Tovuz

2. Həbib Hüşənov – Qəbələ

3. Firudin Kişiyev – EFA

4. Əhməd Tarverdiyev – Sabah

5. Səmid Əhmədov – Qəbələ

6. Vüsal Paşayev – Sumqayıt

7. Nadir Orucov – Sumqayıt

8. Rəşad Alışov – Sabah

9. Ramin Əvəzov – Sabah

10. Ömər Kərimov – Qəbələ

11. Elnur Cabbarlı – Sumqayıt

12. Babamirzə Mehdiyev – Sabah

13. Anar Hüseynov – Sabah

14. Ziya Şəkərxanov – Qəbələ

15. Sadiq Məmmədli – Neftçi

16. Amin Muradov – Neftçi

17. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)

18. Hikmət Cəbrayılzadə – Qarabağ

19. İslam İsmayilzadə – Səbail

20. Röyal Fərzullazadə – Neftçi

21. Ümid Səlimov – Şamaxı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: