Azərbaycan millisi Skopyeyə gedəcək – 2 yoxlama oyunu üçün

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi aprelin 12-dən 15-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq. Arena.az xəbər verir ki, bu toplanışın ardından yığmamız Şimali Makedoniyaya yollanacaq.

Belə ki, millimiz aprelin 16-dan 21-nə qədər də Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışı keçəcək. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisi Skopyedəki hazırlıq çərçivəsində iki yoxlama oyunu da keçirəcək. Komandamız aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, bir neçə gün öncə Şimali Makedoniyanın U-19 yığması da Bakıda təlim-məşq toplanışı keçib, azərbaycanlı yaşıdları ilə iki yoxlama oyunu keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: