Azərbaycan millisi Yunanıstana qalib gəldi, Moldovaya rəqib oldu

Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunmuş Avropa Super Finalında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, millimiz beşinci oyununda Yunanıstan yığması ilə qarşılaşıb.

15-12-ci yerlər uğrunda baş tutan oyunda yığmamız 6:3 hesabı ilə qalib gəlib. Millimizin heyətində Ramil Əliyev het-trik edibsə, Amid Nəzərov dubla imza atıb. Daha bir qolu Orxan Məmmədov rəqib qapısından keçirib.

Xatırladaq ki, millimiz qrup mərhələsində Türkiyəni məğlub etsə (5:5, penaltilər 3:1) də, Rumıniyaya 2:4, İsveçrəyə 7:8 hesabıyla uduzmuşdu. 15-12-ci yerlər uğrunda baş tutan ilk oyunda isə komandamız Fransaya 3:9 hesabıyla məğlub olmuşdu.

Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb edib.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;

Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbətov.

Çimərlik futbolu üzrə Avropa Super Finalı sentyabrın 25-nə qədər davam edəcək. Azərbaycan millisi turnirdə növbəti oyununu sabah 15-12-ci yerlər uğrunda üz-üzə gələcəyi Moldova yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: