Futbol üzrə Azərbaycan millisinin Moldova və Şimali Makedoniya yığmaları ilə yoxlama oyunları üçün heyəti açıqlanıb. Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı baş məşqçi Canni de Byazi 2022-ci ilin son oyunları üçün 27 futbolçuya dəvət göndərib.
“Qarabağ”dan 8, “Sabah”dan 7 oyunçu milliyə dəvət alıb ki, qalan 12 futbolçu müxtəlif klubları təmsil edirlər. De Byazi ilə münasibətləri korlanmış Qara Qarayev bu dəfə də yığmaya dəvət olunmayıb. Əvəzində “Sabah”ın 21 yaşlı yarımmüdafiəçisi Ceyhun Nuriyev və “Qəbələ”dən Rövlan Muradov ilk dəfə əsas yığmaya dəvət alıb.
Qeyd edək ki, Azərbaycan millisinin qarşıdakı hər iki yoxlama oyunu səfərdə baş tutacaq. Yığmamız noyabrın 16-da Moldova, dörd gün sonra Şimali Makedoniya millisinin qonağı olacaq.
- Şahrudin Məhəmmədəliyev – Qarabağ
- Emil Balayev – Səbail
- Səlahət Ağayev – Qəbələ
- Bədavi Hüseynov – Qarabağ
- Bəhlul Mustafazadə – Qarabağ
- Elvin Cəfərquliyev – Qarabağ
- Toral Bayramov – Qarabağ
- Bəxtiyar Həsənalızadə – Sabah
- Cəlal Hüseynov – Şamaxı
- Azər Salahlı – Neftçi
- Amin Seydiyev – Sabah
- Höccət Haqverdi – Traktor (İran)
- Anton Krivotsyuk – Visla (Polşa)
- Qismət Alıyev – Zirə
- Riçard Almeyda – Qarabağ
- Elvin Camalov – Sabah
- Aleksey İsayev – Sabah
- Ceyhun Nuriyev – Sabah
- Ozan Can Kökçü – Eyndhoven (Niderland)
- Emin Mahmudov – Neftçi
- Anatoli Nuriyev – Sabah
- Rövlan Muradov – Qəbələ
- Namik Ələskərov – Sabah
- Renat Dadaşov – Qrasshopper (İsveçrə)
- Mahir Emreli – Dinamo (Zaqreb, Xorvatiya
- Musa Qurbanlı – Qarabağ
- Ramil Şeydayev – Qarabağ
U-21-in də heyəti açıqlandı
Yeri gəlmişkən, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da noyabrın 15-də Türkiyənin Antalya şəhərində start götürəcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb. Baş məşqçi Samir Əliyev 6 gün davam edəcək hazırlıq prosesinə 24 futbolçu çağırıb.
Yığmamız toplanış zamanı noyabrın 17-də Macarıstan, bundan 3 gün sonra isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.
- Rza Cəfərov – Neftçi
- Yusif İmanov – Sabah
- Rüstəm Samiqullin – Sabah
- David Orucov – Neftçi
- Xəyyam Hüseynov – Turan Tovuz
- Şirxan Həsənzadə – Qarabağ
- Abdulla Rzayev – Şamaxı
- Mirəli Əhmədov – Şamaxı
- Hüseyn Babayev – Neftçi
- İbrahim Ramazanov – Qəbələ
- Rüfət Abbasov – Neftçi
- Süleyman Damadayev – Qəbələ
- Veysəl Rzayev – Turan Tovuz
- Camal Cəfərov – Sabah
- Elcan Əbilov – Neftçi
- Elçin Qasımov – Turan Tovuz
- Murad Vəliyev – Levadiya (Tallin, Estoniya)
- Ramin Nəsirli – Neftçi
- Nihat Fərəcli – Tus Koblents (Almaniya)
- Emil Səfərov – Qəbələ
- Tuqay Əlizadə – Araz Naxçıvan
- Samir Abdullayev – Səbail
- Mustafa Yıldırım – Çorum (Türkiyə)
- Nəriman Axundzadə – Qarabağ


