17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Şimali Makedoniya yığması ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, baş məşqçi Füzuli Məmmədov yekun heyətə 21 futbolçunun adını daxil edib. Halbuki, ayın 12-dən 15-nə qədər davam edən Bakıdakı toplanış üçün açıqlanmış ilkin heyətdə 24 futbolçunun adı yer almışdı.
Komandamız bu gündən etibarən Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışına başlayacaq. Hazırlıq prosesi ayın 21-nə qədər davam edəcək. Aprelin 18-də və 20-də isə Azərbaycan millisinin Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunları baş tutacaq.
1. Ayxan Abbaszadə – Turan Tovuz
2. Həbib Hüşənov – Qəbələ
3. Firudin Kişiyev – EFA
4. Əhməd Tarverdiyev – Sabah
5. Səmid Əhmədov – Qəbələ
6. Vüsal Paşayev – Sumqayıt
7. Nadir Orucov – Sumqayıt
8. Rəşad Alışov – Sabah
9. Ramin Əvəzov – Sabah
10. Ömər Kərimov – Qəbələ
11. Elnur Cabbarlı – Sumqayıt
12. Babamirzə Mehdiyev – Sabah
13. Anar Hüseynov – Sabah
14. Ziya Şəkərxanov – Qəbələ
15. Sadiq Məmmədli – Neftçi
16. Amin Muradov – Neftçi
17. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
18. Hikmət Cəbrayılzadə – Qarabağ
19. İslam İsmayilzadə – Səbail
20. Röyal Fərzullazadə – Neftçi
21. Ümid Səlimov – Şamaxı


