Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 27-29 dekabr aralığında keçiriləcək.
İlk oyun günündə “Neftçi” “Səbail”i qəbul edəcək. İkinci oyun günündə “Şamaxı” “Kəpəz”lə, “Qarabağ” isə “Zirə” ilə üz-üzə gələcək. Son gündə isə “Turan Tovuz” “Sabah”ı, “Sumqayıt” “Qəbələ”ni sınağa çəkəcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 11 turdan sonra “Qarabağ” 30 xalla vahid liderdir. Ağdam təmsilçisinin ehtiyatda təxirə salınmış bir oyunu da var. “Sabah” 28 xalla ikinci, “Neftçi” 22 xalla üçüncüdür.
Azərbaycan Premyer Liqası
15-ci tur
27 noyabr
“Neftçi” – “Səbail”
Bakı. “Bakcell Arena”, 16:00.
28 noyabr
“Şamaxı” – “Kəpəz”
Şamaxı şəhər stadionu, 14:00.
“Qarabağ” – “Zirə”
Bakı. “Azərsun Arena”, 19:00.
29 noyabr
“Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu, 14:00.
“Sumqayıt” – “Qəbələ”
Sumqayıt. “Sumqayıt Arena”, 19:00.


