Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, növbəti tura sabah – avqustun 12-də start veriləcək.
İlk oyun günündə bir görüş baş tutacaq. Turun açılış oyunu olan “Zirə” – “Sabah” matçını İnqilab Məmmədov idarə edəcək.
Şənbə günü iki oyun keçiriləcək. “Sumqayıt” – “Qarabağ” oyununu Tural Qurbanov, “Səbail” – “Turan Tovuz” qarşılaşmasını isə Rauf Allahverdiyev idarə edəcək.
Sonuncu oyun gününə təsadüf edəcək “Qəbələ” – “Şamaxı” matçı Fərid Hacıyevə, “Neftçi” – “Kəpəz” oyunu isə Nicat İsmayıllıya həvalə olunub.
Azərbaycan Premyer Liqasında ilk turdan sonra “Sabah”, “Qarabağ”, “Qəbələ”, “Zirə” və “Neftçi”nin 3 xalı varsa, digər komandalar xalsızdır.
Azərbaycan Premyer Liqası
2-ci tur
12 avqust
“Zirə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
VAR: Rauf Cabarov
AVAR: Kamal Umudlu
Mərdəkan. “Dalğa Arena”, 19:00
13 avqust
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
Sumqayıt. “Sumqayıt Arena”, 18:20
“Səbail” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
Bakı. “ASCO Arena”, 20:30
14 avqust
“Qəbələ” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
Qəbələ şəhər stadionu, 18:20
“Neftçi” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. “Bakcell Arena”, 20:30


