Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 2-ci turunun oyun cədvəli məlum olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Növbəti tura avqustun 12-də keçiriləcək “Zirə” – “Kəpəz” oyunu ilə start veriləcək. Həmin gün debütant “Araz-Naxçıvan” da Bakıda “Qəbələ”ni “qəbul edəcək”.
Avqustun 13-də də iki oyun keçiriləcək. Son çempionu “Qarabağ” doğma meydanda “Turan Tovuz”la, “Sumqayıt” isə “Sabah”la üz-üzə gələcək.
Turun son oyunu isə avqustun 14-də baş tutacaq. “Neftçi” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 1-ci tura ötən gün start verilib. İlk tur sabah yekunlaşacaq.
Azərbaycan Premyer Liqası
2-ci tur
12 avqust
“Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu, 18:30.
“Araz-Naxçıvan” – “Qəbələ”
Bakı. “Dalğa Arena”, 21:00.
13 avqust
“Qarabağ” – “Turan Tovuz”
Bakı. “Azersun Arena”, 18:30.
“Sumqayıt” – “Sabah”
Sumqayıt. “Sumqayıt Arena”, 21:00.
14 avqust
“Neftçi” – “Səbail”
Bakı. “Neftçi Arena”, 20:00.


