Azərbaycan Premyer Liqasında 20-ci turun hakimləri

Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

İlk oyun günündə bir görüş baş tutacaq. Turun açılış matçında üz-üzə gələcək “Sumqayıt”la “Turan Tovuz”un görüşünü Rauf Allahverdiyev idarə edəcək.

İkinci oyun gününə təsadüf edəcək “Qarabağ” – “Şamaxı” matçı Kamranbəy Rəhimova, “Səbail” – “Kəpəz” görüşü isə Tural Qurbanova həvalə olunub.

Sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq. “Qəbələ” – “Sabah” matçında Vüqar Həsənli, “Neftçi” – “Zirə” qarşılaşmasında da Rəşad Əhmədov söz sahibi olacaq.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 19 turdan sonra “Qarabağ” 53 xalla vahid liderdir. “Sabah” 46 xalla ikinci, “Neftçi” 38 xalla üçüncüdür.

Azərbaycan Premyer Liqası
20-ci tur
30 yanvar

“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena”, 18:00.

31 yanvar

“Qarabağ” – “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Azersun Arena”, 16:00.

“Səbail” – “Kəpəz”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASCO Arena”, 18:30.

1 fevral

“Qəbələ” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 15:00.

“Neftçi” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Bakcell Arena”, 17:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: