Azərbaycan Premyer Liqasında 22-ci turun hakimləri bilindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci turun bütün təyinatları məlum olub. Arena.az xəbər verir ki, Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə növbəti turun təyinatlarını açıqlayıb.

22-ci tura sabah keçiriləcək “Qəbələ” – “Neftçi” matçı ilə start veriləcək. Qarşılaşmanı Fərid Hacıyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

İkinci oyun gününə təsadüf edəcək “Turan Tovuz” – “Kəpəz” və “Qarabağ” – “Sabah” oyunları müvafiq olaraq Cavid Cəlilovla Elçin Məsiyevə həvalə olunub. Sonuncu oyun günündə baş tutacaq “Səbail” – “Zirə” matçında Rauf Cabbarov söz sahibi olacaq. “Sumqayıt”la “Şamaxı” arasında keçiriləcək turun son matçı isə Rəvan Həmzəzadəyə tapşırılıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 21 turdan sonra 57 xala malik “Qarabağ” vahid liderdir. “Sabah” 52 xalla ikinci, “Neftçi” 44 xalla üçüncüdür.

Azərbaycan Premyer Liqası
22ci tur
10 fevral

“Qəbələ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Akif Əliyev, Zöhrab Abbasov, Tural Qurbanov.
Hakin-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Qəbələ şəhər stadionu, 15:00.

11 fevral

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Rəşad Əhmədov.
Hakin-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 14:00.

“Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov.
Hakin-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Azərsun Arena”, 17:00.

12 fevral

“Səbail” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakin-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “ASCO Arena”, 15:00.

“Sumqayıt” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Hakin-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena”, 17:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: