Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Tura sabah keçiriləcək “Kəpəz” – “Zirə” oyunu ilə start veriləcək. İlk oyunu Kamranbəy Rəhimov idarə edəcək. İlk oyun günündə baş tutacaq “Sabah” – “Sumqayıt” matçında isə Tural Qurbanov söz sahibi olacaq.
İkinci oyun gününə təsadüf edəcək “Turan Tovuz” – “Qəbələ” matçını Rauf Cabarov, “Qarabağ” – “Səbail” görüşünü isə Rəvan Həmzəzadə idarə edəcək. Bazar günü keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu isə Fərid Hacıyevə tapşırılıb.
Azərbaycan Premyer Liqasında 25 turdan sonra 65 xala malik “Qarabağ” vahid liderdir. İkinci pillədəki “Sabah”ın 56, üçüncü yerdə qərarlaşan “Neftçi”nin 52 xalı var.
Azərbaycan Premyer Liqası
26-cı tur
10 mart
“Kəpəz” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Teymur Teymurov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Gəncə şəhər stadionu, 15:00.
“Sabah” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Masazır. “Bank Respublika Arena”, 19:00.
11 mart
“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Tovuz şəhər stadionu, 15:00.
“Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Azərsun Arena”, 18:00.
12 mart
“Şamaxı” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu, 15:00.


