Futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun bütün təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Hesabat turuna sabah keçiriləcək iki oyunla start veriləcək. Turun ilk matçı “Sumqayıt”la “Qarabağ” arasında baş tutacaq ki, bu oyunu Cavid Cəlilov idarə edəcək. “Zirə” – “Sabah” matçı isə Fərid Hacıyevə tapşırılıb.
“Səbail” – “Turan Tovuz” matçında Əliyar Ağayev, “Neftçi” – “Kəpəz” oyununda isə Elçin Məsiyev söz sahibi olacaq. “Qəbələ” ilə “Şamaxı” arasında baş tutacaq turun son matçı da Rəşad Əhmədova həvalə edilib.
Azərbaycan Premyer Liqasında 26 turdan sonra 68 xala malik “Qarabağ” vahid liderdir. “Sabah” 59 xalla ikinci, “Neftçi” 55 xalla üçüncüdür.
Azərbaycan Premyer Liqası
27-ci tur
15 mart
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Rəhman İmami, Nicat İsmayıllı.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena”, 18:00.
“Zirə” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Cavanşir Yusifov, Vüsal Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 20:30.
16 mart
“Səbail” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “ASCO Arena”, 16:00.
“Neftçi” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Namiq Hüseynov, Elşad Abdullayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Bakcell Arena”, 19:00.
17 mart
“Qəbələ” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Kamran Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.


