Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 30-cu turunun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Tura sabah keçiriləcək “Zirə” – “Səbail” oyunu ilə start veriləcək. Bu oyunu Cavid Cəlilov idarə edəcək. İlk gündə baş tutacaq “Neftçi” – “Qəbələ” matçında isə Kamranbəy Rəhimov söz sahibi olacaq.
Şənbə günü cəmi bir oyun keçiriləcək. Qəbələdə baş tutacaq “Kəpəz” – “Turan Tovuz” oyunu Əliyar Ağayevə tapşırılıb.
Sonuncu günə təsadüf edəcək “Şamaxı” – “Sumqayıt” matçının baş hakimi Fərid Hacıyev olacaq. “Sabah” – “Qarabağ” oyunu isə Tural Qurbanova həvalə edilib.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 29 turdan sonra 77 xala malik “Qarabağ” vahid liderdir. 65 xalı olan “Sabah” ikinci, 60 xala malik “Neftçi” üçüncü sırada qərarlaşıb.
Azərbaycan Premyer Liqası
30-cu tur
14 aprel
“Zirə” – “Səbail”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksinin stadionu. Saat 17:30.
“Neftçi” – “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Bakcell Arena”. Saat 20:00.
15 aprel
“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu. Saat 16:00.
16 aprel
“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu. Saat 16:00.
“Sabah” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Masazır. “Bank Respublika Arena”. Saat 19:00.


