Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün 31-ci turunun hakim təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, 31-ci tura sabah – aprelin 21-də start veriləcək. İlk oyun günündə baş tutacaq “Şamaxı” – “Kəpəz” matçı Elçin Məsiyevə tapşırılıb. “Qarabağ”la “Zirə” arasında keçiriləcək günün digər oyununda isə Kamranbəy Rəhimov söz sahibi olacaq.
“Turan Tovuz” – “Sabah” oyununu Cavid Cəlilov idarə edəcək. “Səbail” – “Neftçi” qarşılaşması isə Rəvan Həmzəzadəyə tapşırılıb.
Bazar günü keçiriləcək “Sumqayıt”– “Qəbələ” qarşılaşmasının baş hakimi də Rauf Cabbarov olacaq.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 30 turdan sonra 77 xalı olan “Qarabağ” vahid liderdir. “Sabah” 68 xalla ikinci, “Neftçi” 60 xalla üçüncüdür.
Azərbaycan Premyer Liqası
31-ci tur
21 aprel
“Şamaxı” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, İnqilab Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Şamaxı şəhər stadionu, 16:00.
“Qarabağ” – “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Azersun Arena”, 20:00.
22 aprel
“Turan Tovuz” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Tovuz şəhər stadionu, 16:00.
“Səbail” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. “ASCO Arena”, 18:30.
23 aprel
“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sumqayıt Arena”, 18:00.


