Azərbaycanın qadın futbolçulardan ibarət U-19 millisi martın 8-dən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışındadır. Arena.az xəbər verir ki, komandamız bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununa da çıxıb.
Həbib Ağayevin baş məşqçi olduğu yığmamız Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb. Millimizin qolunu qarşılaşmanın 36-cı dəqiqəsində Fatiməyi-Zəhra Hüseynli vurub.
Bu komandalar arasında növbəti oyun martın 13-də keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın U-19 millisi Birləşmiş Ərəb Əmirliklərinə bu heyətlə yollanıb:
- Aytac Feyzullayeva – Şırnak Belediye Spor (Türkiyə)
- Nailə Aliyeva – Neftçi PFK
- Milana Rəhimova – Şırnak Belediye Spor (Türkiyə)
- Fidan Cəfərova – Nuxa
- Aytac Mirzəyeva – Neftçi PFK
- Fatiməyi Zəhra Hüseynli – Sumqayıt FK
- Samirə Aşırova – Xırdalan Siti
- Müjgan Seyidova – Neftçi PFK
- Fatimə Əhmədli – Şırnak Belediye Spor (Türkiyə)
- Nur Gencay Şeyma – Yukatel Kayseri (Türkiyə)
- Buse Nur Kocabey – Antalyaspor (Türkiyə)
- Tugba Nur Bozkurt – Beykent SK (Türkiyə)
- Eda Nur Mutlu – Qazikentspor (Türkiyə)
- Nahidə Məmmədova – Nuxa
- Nurçin Tarverdizadə – Xırdalan Siti
- Türkan Abdullayeva – Xırdalan Siti
- Əsmayə Hacıyeva – Xırdalan Siti
- Lalə Həsənova – Xırdalan Siti
Yığmamız martın 14-nə qədər Dubayda hazırlıq keçəcək. Buna qədər milli komanda martın 5-dən 7-nə qədər də Bakıda təlim-məşq toplanışında olmuşdu.


