Bəxtiyar Həsənalızadə “Göztəpə”yə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 30-cu turu çərçivəsində baş tutan “Göztəpə” ilə oyunun iştirakçısı olub.

Futbolçumuzun komandası doğma meydanda baş tutan bu qarşılaşmada heç-heçə ilə kifayətlənib – 1:1. “Tuzlaspor” 58-ci dəqiqədə hesabı açsa da, 63-cü dəqiqədə bu üstünlüyü əldən verib. Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb.

“Tuzlaspor” hazırda 32 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 18 oyuna çıxıb. O, bu oyunlarda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: