Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi Türkiyənin “Tuzlaspor” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 20-ci turu çərçivəsində lider “Eyüpspor”la qarşılaşıb.
Səfərdə baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğursuz alınıb.“Tuzlaspor” meydanı ağır məğlubiyyətlə tərk edib – 0:4.
Həsənalızadə bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Tuzlaspor” hazırda 19 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 13 oyuna çıxıb və 1 qol vurub.