Bu gecə futbol üzrə İspaniya Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin sonuncu qarşılaşmaları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Barselona” səfərdə aşağı liqa təmsilçisi “Yunionista” ilə qarşılaşıb. Matçda hesabı meydan sahibləri açsalar da, yekunda əzmkar qələbəyə sevinən Kataloniya təmsilçisi növbəti mərhələyə yüksəlib.
Son oyunda isə iki Madrid nəhəngi – “Atletiko” və “Real” üz-üzə gəliblər. Altı qolun qeydə alındığı bu oyun əlavə vaxta qədər gedib. 120 dəqiqənin yekununda sevinən tərəf “Atletiko” olub. Əzəli rəqibini mübarizədən kənarlaşdırmağı bacaran Dieqo Simeonenin yetirmələri 1/4 finala vəsiqə qazanıblar.
Xatırladaq ki, daha öncə “Atletik”, “Sevilya”, “Malyorka”, “Selta”, “Real Sosyedad” və “Jirona” da 1/4 finala yüksəlmişdilər.
İspaniya Kubokunda 1/4 final mərhələsinin püşkatma mərasimi yanvarın 19-da təşkil olunacaq.
İspaniya Kuboku
1/8 final
16 yanvar
Xetafe – Sevilya 1:3
Qollar: Mata, 23 – S.Ramos, 8. Romero, 48; 55.
Atletik – Alaves 2:0
Qollar: Vilyalibre, 28; 60.
Tenerife – Malyorka 0:1
Qol: K.Larin, 120.
17 yanvar
Valensiya – Selta 1:3
Qollar: Pepelu, 29-pen – De la Torre, 14. Duvikas, 18; 80.
Osasuna – Real Sosyedad 0:2
Qollar: Oyarzabal, 57. Merino, 90+8.
Jirona – Rayo Valyekano 3:1
Qollar: Stuani, 15; 19-pen. Blind, 26 – Nteka, 36.
18 yanvar
Yunionista – Barselona 1:3
Qollar: A.Qomes, 31 – F.Torres, 45. Kunde, 69. Balde, 73.
Atletiko – Real 4:2
Qollar: Lino, 39. Morata, 57. Qrizmann, 100. Rikelme, 119 – Oblak, 45+1-öz qapısına. Xoselu, 82.


