“Barselona” İspaniya La Liqasının növbəti, 2024/2025-ci illər mövsümü üçün əsas komandanın 9 futbolçusunu bəyan edə bilmir.
Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, son bir ildə əməkhaqqı fondunun iki dəfə azalması kluba futbolçuların qeydiyyatı ilə bağlı fəsadların qarşısına almağa imkan verməyib.
Daha əvvəl bildirilirdi ki, kataloniyalılar klubun yeni baş məşqçisi, alman mütəxəssis Hans-Diter Fliki məşqçilər qəraragahı ilə birlikdə qeydiyyatdan keçirməkdə çətinlik çəkirlər. Səbəb də oxşardır: mütəxəssisi və onun komandasını qeydiyyatdan keçirmək üçün klubun maliyyə büdcəsində vəsait boşalmalı və ya “blauqrana” pul qazanmalıdır.
Xatırladaq ki, “Barselona” 2023/2024-cü illər mövsümü İspaniya La Liqasını 85 xalla 2-ci yerdə başa vuraraq, gümüş medal qazanıb. “Blauqrana” növbəti mövsümdə Çempionlar Liqasında çıxış edəcək.


