“Barselona” Çempionlar Liqasında 1/8 finala çıxa biləcək?

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gələcək.

Arena.az xəbər verir ki, qarşılaşmalardan biri İngiltərədə, digəri isə İspaniyada keçiriləcək.

“Arsenal” Londonda Portuqaliyanın “Portu” komandasını qəbul edəcək. “Topçular”ın heyətində Yurrien Timber, qonaqlarda İvan Markano və Zaidu zədə səbəbindən meydana çıxmayacaqlar. İlk matç “Portu”nun qələbəsi ilə bitib – 1:0. Amma İngiltərə nəhənginin doğma meydanda bu məğlubiyyətin əvəzini çıxması ehtimalı yüksək qiymətləndirilir.

Digər oyunda “Barselona” İtaliya çempionu “Napoli” komandasını sınağa çəkəcək. Kataloniya təmsilçisində Alexandro Balde, Qavi və Pedri zədəlidir. Neapol klubunda isə itki yoxdur. Tərəflər arasındakı birinci görüş heç-heçə yekunlaşıb – 1:1. Cavab görüşündə hansı nəticənin qeydə alınacağı maraqla gözlənilir.

Xatırladaq ki, daha əvvəl “Mançester Siti”, “Real”, PSJ və “Bayern” UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə əldə ediblər. Qalan iki vəsiqənin sahibi sabah müəyyənləşəcək.

UEFA Çempionlar Liqası
1/8 final
12 mart

00:00. “Arsenal” (İngiltərə) – “Portu” (Portuqaliya)
İlk oyun – 0:1.

00:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya)
İlk oyun – 1:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: