“Barselona” Kessyeyə pul dağarcığı kimi baxır

“Barselona” Fil Dişi Sahilindən olan yarımmüdafiəçisi Frank Kessyenin satışından ən azı 35 milyon avro qazanmaq istəyir.

Arena.az bu barədə “Sport.es”ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “Barsa” Kataloniyada bir mövsüm keçirmiş Kessye ilə yollarını ayırmağa hazırdır. Yarımmüdafiəçi artıq bir sıra Avropa klublarını maraq dairəsinə düşə bilib, lakin “Barselona” yarımmüdafiəçisini ən azı 35 milyon avroya satmaq fikrindədir. Kataloniya klubu əmindir ki, yarımmüdafiəçini komandada saxlayıb onun xidmətlərindən vaxtaşırı istifadə etmək, futbolçunu 35 milyon avrodan az məbləğə satmaqdan daha yaxşıdır.

2022/2023 mövsümündə Frank Kessye “Barselona”nın heyətində 43 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Kessyeni 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: