“Barselona”nın yeni sponsoru “Medusa” şirkətinin emblemi “blauqrana”nın futbolçuların şortlarında yerləşdirəcək.
Arena.az bu barədə “Mundo Deportivo” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, yeni müqavilə Kataloniya klubuna illik 5 milyon avro məbləğində qazanc gətirəcək. “Barselona”nın idarə heyəti sponsorun loqosunun əsas komandanın oyunçularının şortlarının ön hissəsində yerləşdirilməsinə qərar verib.
“Medusa” bakteriya, göbələk və viruslardan qorunmanı təmin edən dezinfeksiyaedici maddələrin istehsalında ixtisaslaşmış bir şirkətdir.


