“Barselona” zədəli futbolçularının hesabına qazanc əldə edəcək

İspaniyanın “Barselona” klubu öz milli komandasının heyətində zədələnmiş iki futbolçusuna görə FIFA-dan təzminat haqqı alacaq.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Söhbət uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo və ispan mərkəz yarımmüdafiəçisi Pedridən gedir.

Kataloniya klubu FIFA-dan, Arauxonun zədəsinə görə 2,5 milyon avro məbləğində, Pedrinin sıradan çıxmasına görə isə 700 min avro məbləğində təzminat haqqı alacaq.

Xatırladaq ki, Ronald Arauxo ABŞ-da keçirilmiş 2024-cü il Amerika Kubokunda Uruqvay yımasının Braziliya millisi ilə 1/4 final oyununda (0:0, penaltilərlə 4:2) zədələnib. Onun təxminən 4 ay müddətinə sıradan çıxdığı bildirilir.

Pedri isə Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatında meydan sahibi Almaniya yığması ilə 1/4 final oyununda (əlavə vaxtda 2:1, əsas vaxt 1:1) zədə almışdı. O da hazırda bərpa keçir.

Hazırda, növbəti mövsümə hazırlıqlarını sürdürən “Barselona” bu iki futbolçusunun xidmətindən ilkin olaraq qeyri-müəyyən müddətə məhrumdur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: