“Barselona”dan əzmkar qələbə – Çempionlar Liqasında

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 7-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

İspaniyanın “Barselona” klubu səfərdə “Benfika”nın (Portuqaliya) qonağı olub. 9 qolun qeydə alındığı oyunda Kataloniya nəhəngi möhtəşəm əzmkarlıq nümayiş etdirərək 3 xal qazanıb. İngiltərənin “Liverpul” komandası evdə “Lill”i (Fransa) qəbul edib və çətin qələbəyə sevinib. İspaniyanın digər komandası “Atletiko” isə Madriddə Almaniya təmsilçisi “Bayer”ə qalib gəlib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turunun digər oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 7-ci tur
21 yanvar

“Atalanta” (İtaliya) – “Şturm” (Avstriya) 5:0
Qollar: Reteqi, 12. Paşaliç, 58. De Ketelare, 63. Lukman, 90. Breşianini, 90+5.

“Monako” (Fransa) – “Aston Villa” (İngiltərə) 1:0
Qol: Sinqo, 8.

“Slovan” (Slovakiya) – “Ştutqart” (Almaniya) 1:3
Qollar: Metsoko, 85 – Levelinq, 11; 36. Rider, 87.

“Brügge” (Belçika) – “Yuventus” (İtaliya) 0:0

“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) 2:1
Qollar: X.Alvares, 52; 90 – İnkapye, 45+1.

“Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) 4:5
Qollar: Pavlidis, 2; 22; 30-pen. Arauxo, 68-öz qapısına – Levandovski, 13-pen; 78-pen. Rafinya, 64; 90+6. E.Qarsiya, 87.

“Liverpul” (İngiltərə) – “Lill” (Fransa) 2:1
Qollar: Salah, 34. Elliot, 67 – David, 62.

“Bolonya” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) 2:1
Qollar: Dallinqa, 71; Junior, 72 – Girassi, 15-pen.

“Srvena Zvezda” (Serbiya) – PSV (Niderland) 2:3
Qollar: Ndiaye, 71. Djiqa, 77 – De Yonq, 17; 23. Flaminqo, 43.

Xəbəri sosial şəbəkələrdə paylaş: