“Bayern”in stadionu “qabıq dəyişir”

Məlum olduğu kimi, “Bayern”in Münhendəki doğma stadionu cari mövsümün Çempionlar Liqasının final oyununu qəbul edəcək.

Arena.az Almaniya mətbuatına istinadən məlumat verir ki, bu məqsədlə stadionun üzərindən klubun əsas sponsarlarından biri olan “Alyans” şirkətinin adı əks edilmiş lövhə qaldırılacaq.

Bu, müvəqqəti xüsusiyyət daşıyır. Stadion Çempionlar Liqasının həlledici oyununu “Arena Münhen” adı ilə qəbul edəcək.

Xatırladaq ki, “Bayern”in “Audi” və “adidas”la birlikdə üç əsas sponsorundan biri olan “Allianz” sığorta şirkəti UEFA ilə sponsorluq çərçivəsində əməkdaşlıq etmir. Məhz bu səbəbdən Münhen stadionu UEFA bayrağı altında Çempionlar Liqasının final oyununu “Arena Münhen” adı altında qəbul etməlidir. Yerli oyunlarda isə “Bayern”in doğma stadionu “Alyans Arena” olaraq qalmaqda davam edəcək.

UEFA Çempionlar Liqasının həlledici oyunu mayın 31-də keçiriləcək. Həlledici oyunda Fransa nəhəngi PSJ və İtaliya nəhəngi “İnter” üz-üzə gələcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: