Belçika – Azərbaycan: Öncə Tedesko, sonra De Byazi

AÇ-2024-ün seçmə mərhələsinin Belçika – Azərbaycan matçından əvvəlki mətbuat konfransı və açıq məşqlərin vaxtları müəyyənləşib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi noyabrın 18-də Bakı vaxtı ilə saat 20:30-da media nümayəndələrinin qarşısına çıxacaq.

Milli komandamızın açıq məşqi isə 21:00-da start götürəcək.

Belçika yığmasının baş məşqçisi Domenik Tedesko isə saat 13:00-da media nümayəndələri ilə görüşəcək. Rəqibin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi isə 15:00-a təyin olunub.

Xatırladaq ki, noyabrın 19-da “King Baudouin Stadium”da keçiriləcək Belçika – Azərbaycan matçına saat 21:00-da start veriləcək.

Belçika milli komandası

10:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (BFF-nin təlim-məşq mərkəzi)
12:00. Mətbuat konfransı (BFF-nin təlim-məşq mərkəzi)

Azərbaycan milli komandası

17:30. Mətbuat konfransı (Edmond Machtens Stadium)
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Edmond Machtens Stadium)

Qeyd edək ki, tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: