“Benfika”nın prezidenti klubun transfer fəaliyyəti haqda söhbət açdı

“Benfika”nın prezidenti, portuqal mütəxəssis Ruy Manuel Sezar Koşta klubun transfer fəaliyyəti haqda söhbət açıb.

Arena.az məlumat verir ki, ötənlərin “Maestro” ləqəbli məşhur futbolçusu Ruy Koşta “Benfika”nın portuqal dayaq yarımmüdafiəçisi Juan Neveslə bağlı PSJ ilə danışıqlar haqda məlumat verib, həmçinin Madrid “Atletiko”sunun portuqal vingeri Joao Feliksin “qartallar”ın düşərgəsinə mümkün qayıdışı haqda sualı cavablayıb:

“Bəli, Juana dair təklifimiz var. Artıq, keçid məbləğini də müzakirə edirik. Mən heç vaxt deməmişəm ki, Joao yalnız 120 milyon avro məbləğ müqabilində çıxıb gedəcək” – məşhur italyan jurnalist-insayder Fabritsio Romano prezident Ruy Koştadan sitat gətirir.

“Benfika”ya təkcə Di Marya qayıtmayıb. Biz bunu Qonsalo Qedeşlə də sübut etdik. Bizim, yaxşı oyunçulara ehtiyacımız var və əgər evi tanıyan və Portuqaliya futbolunu bilən oyunçularımız varsa, bu, üstünlükdür. İndi bütün bunlar, bütün bu adlar – ehtikarlıqdır, bazar anının bir hissəsidir.

Portuqaliya mətbuatı “Benfika”nın, hücumçunun xidmətlərinin 50%-i müqabilində 20 milyon avro məbləğində təklif hazırladığını iddia edib. Amma danışıqlar davam edir və buna görə də onlar haqqında ictimai surətdə danışmağın mənası yoxdur, bu kömək etmir”, – deyə “Benfika”nın prezidenti bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: