Benjamin Pavar sıradan çıxdı: “Diz qapağı oynayıb”

Futbol üzrə Fransa millisi komandasının və İtaliyanın “İnter” klubunun mərkəz müdafiəçisi Benjamin Pavar sıradan çıxıb.

Arena.az “Sportitalia” dərgisinə istinadən məlumat verir ki, “İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasının 11-ci turunda “Atalanta” ilə oyununda (2:1) “neradzurri”nin itki verdiyini açıqlayıb.

İnzaqi Pavarın zədələndiyini bildirib: “Pavarın zədəsi haqqında nə məlumdur? Gözləmək lazımdır, bu axşam yeganə mənfi cəhət budur. Diz qapağı yerindən bir az oynayıb, sonra yerinə qayıdıb, fikrimcə, bir müddətə onu itirəcəyik”, deyə İnzaqi bildirib.

Benjamin Pavar “İnter”ə cari ilin avqustunda 30 milyon avro müqabilində “Bayern”dən keçib. Fransız müdafiəçinin “İnter”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Pavar “İnter”in heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 9 oyuna çıxıb.

Pavar 2017-ci iliin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 52 oyuna 5 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Benjamin “xoruzlar”la 2018-ci il dünya çempionatının, 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı Benjamin Pavarı 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: