“Beşiktaş” Mehmet Topalı transfer etdi

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi azad agent statusunda olan Mehmet Topalı transfer edib.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçi yeni komandasında uğurla tibbi müayinədən keçib. O, “Beşiktaş”la 1+1 illik müqaviləyə imza atıb.

Mehmet Topal 2019-cu ildən “Başakşəhər”də forma geyinirdi. O, 2019/20 mövsümündə bu komandanın heyətində Türkiyə çempionu olub. Nəticədə yarımmüdafiəçi Türkiyədə üç fərqli komanda ilə çempionluq sevinci yaşamış ilk futbolçu kimi tarixə düşüb. Topal daha öncə “Qalatasaray” (2007/08) və “Fənərbaxça” (2013/14) ilə də ölkə çempionu olmuşdu. Mehmet həm də üç fərqli onillikdə (2000, 2010 və 2020) UEFA Çempionlar Liqası matçında forma geyinən ilk və tək türk futbolçudur.

Peşəkar karyerasına “Dardanelspor”da başlamış Mehmet, 2006-2010-cu illər aralığında “Qalatasaray”da oynayıb. O, 2010-2012-ci illərdə İspaniyanın “Valensiya” klubunda legioner həyatı yaşayıb. 2012-ci ildə Türkiyəyə qayıdan yarımmüdafiəçi, “Başakşəhər”ə keçənə qədər “Fənərbaxça”da çıxış edib. Bu yay “Başakşəhər”lə müqaviləsinin müddəti bitən futbolçu azad agentə çevrilmişdi.

Türkiyə yığmasında 81 oyun keçirən futbolçu, 2 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: