“Beşiktaş” prezident seçkisi keçirdi, Ahmet Nur Çebi postunda qaldı

Türkiyənin “Beşiktaş” klubunda prezident seçkisi keçirilib. Arena.az xəbər verir ki, seçki nəticəsində Ahmet Nur Çebi yenidən İstanbul klubunun prezidenti seçilib.

O, prezidentliyə digər namizəd Fuat Çimeni üstələməyi bacarıb. Ahmet Nur Çebi 2777 səs toplarkən, Fuat Çimen 1190 nəfər tərəfindən etimad görüb.

Xatırladaq ki, Ahmet Nur Çebi 2019-cu ildən “Beşiktaş”a rəhbərlik edir. Bu, onun ikinci prezidentlik dönəmi olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: