Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Vest Hem” klubundan Artur Masuakunu transfer edib.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Transferin detalları açıqlanmasa da, 28 yaşlı futbolçunun 2022/23 mövsümünün sonunadək icarə əsasında “Beşiktaş”da çıxış edəcəyi bildirilir.
Konqo Demokratik Respublikasından olan Artur Masuaku, 2016-cı ildən “Vest Hem”də çıxış edir. Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında çıxış etməyi bacaran futbolçu, İngiltərə klubunda 129 oyun keçirib, 2 qol vurub. O, daha öncə “Valensyen” və “Olimpiakos”un da uğurları üçün çalışıb. Ölkəsinin milli komandasında 11 oyun keçirmiş futbolçu, 1 qola imza atıb.


