Türkiyənin “Beşiktaş” klubu gənc futbolçuları Şahin Kalınsazlıoğlu və Abülmecid Dönmez ilə peşəkar müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, İstanbul klubunun U-19 komandasında çıxış edən hər iki futbolçu ilə 3 illik müqavilə imzalanıb.
“Ağ-qaralar” hər iki oyunçunun adını Türkiyə Futbol Federasiyasına (TFF) bildiriblər.

Həm Şahin, həm də Abdulmecid 2005-ci təvvəllüdlüdür. Dayaq yarımmüdafiəçisi olan Şahin Kalınsazlıoğlu bu mövsüm U-19 Super Liqasında 8 oyunda iştirak edib, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Abülmecid Dönmez isə on nömrə və hücümun solunda çıxış edir. O da bu mövsüm 8 oyunda iştirak edib. Komanda yoldaşından fərqli olaraq Dönmez 3 qolla yadda qalıb.
Bu arada “Beşiktaş”ın yeni prezidenti seçilən Hasan Aratın ilk işinin mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçularla yeni sözləşmələr imzalamaq olacağı barədə xəbərlər yayılıb. İddiaya görə, müqavilələri yenilənməyən Salih Uçan və Cenk Tosun ilk görüşüləcək oyunçulardır. Feyyaz Uçar və Samet Aybaba tərəfindən aparılacaq danışıqlarda məqsəd məsələni ən qısa zamanda həll etmək və hər iki futbolçunun yeni müqavilə motivasiyasını artırmaqdır.

Bundan əlavə, ardıcıl itkilərlə böyük çətinliklər yaşayan futbolçular qrupuna mənəvi dəstək göstəriləcək. Komandanı yenidən liqaya qaytarmağı hədəfləyən Hasan Arat və komandası, problemlərin həlli üçün xüsusi işlərlə hərəkətə keçəcək.
Nihad Əsədov


