Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 27-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Səbail”lə “Qəbələ”nin əvəzediciləri arasındakı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Mingəçevir” isə doğma meydanda MOİK-ə 2 cavabsız qolla uduzub.
Lider “Araz Naxçıvan” da səfərdə “Qaradağ Lökbatan”ı 2 cavabsız qolla məğlub edib. Məhz bu nəticədən sonra Birinci Divizionda çempion müəyyənləşib. “Araz Naxçıvan” tarixində 2-ci dəfə aşağı dəstənin qalibi olub. 2013/14 mövsümündəki uğurunu təkrarlayan Muxtar Respublika təmsilçisi 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi”ni 11 xal qabaqlayan naxçıvanlılar mövsümün sonuna 3 tur qalmış qızıl medalları təmin edib. “Araz Naxçıvan” aşağı dəstədə iki dəfə çempion olan 5-ci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıb.
Birinci Divizion
27-ci tur
3 may
“Qarabağ-2” – “Sumqayıt-2” 0:1
Qol: Rüfət Abdullazadə, 13-pen.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Aydın Bəxşiyev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 16:00.
“Zaqatala” – “Zirə-2” 3:0
Qol: Bəhruz Teymurov, 15; 40; 52.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Anar Bədəlov, Elvin Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Neftçi-2” – “Turan Tovuz-2” 2:2
Qol: Elşad Tağıyev, 16. Həbib İsmayılov, 37 – Famil Camalov, 63. Hüseyn Hüseynov, 85.
Hakimlər: Kamal Umudlu, Ruslan Quliyev, Rasim Axundov, Namiq Bəkirov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.
“İmişli” – “Kəpəz-2” 1:2
Qol: Elşad Tağıyev, 16. Həbib İsmayılov, 37 – Famil Camalov, 63. Hüseyn Hüseynov, 85.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.
4 may
“Səbail-2” – “Qəbələ-2” 1:0
Qol: Rasim Həsənov, 86.
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASCO Arena”, 16:00.
“Qaradağ Lökbatan” – “Araz Naxçıvan” 0:2
Qol: Orxan Əliyev, 17-pen. Bayraməli Qurbanov, 45.
Hakimlər: Nicat İsmayıllı, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Mingəçevir” – MOİK 0:2
Qol: Ramil Orucov, 16. Elmir Rəhimzadə, 72.
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Tural İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30.


