Birinci Divizion: “Araz Naxçıvan” “Sumqayıt”a da 4 qol vurdu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 5-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Lider “Araz Naxçıvan” bu dəfə “Sumqayıt”ın əvəzedicilərini böyük hesabla məğlub edib. MOİK “Kəpəz”in ikinci komandasını məğlub yola saldığı halda, “Mingəçevir” “Şamaxı”nın əvəzedicilərinə uduzub. “Qəbələ” və “Zirə”nin əvəzedici komandalarının oyununda da sevinən tərəf qonaqlar olub.

Hesabat turuna ayın 29-da keçiriləcək 3 matçla yekun vurulacaq.

Birinci Divizion
5-ci tur
28 sentyabr

“Qəbələ-2” – “Zirə-2” 0:1
Qol: Xəqani Sadıxov, 71.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Taleh Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Munis Abdullayev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:30.

“Araz Naxçıvan” – “Sumqayıt-2” 4:0
Qol: Orxan Əliyev, 27; 42; 64. Fərid Kərimzadə, 44.
Hakimlər: Namiq Bəkirov, Zöhrab Abbasov, Elman Kərimov, İrşad Aydınov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Naxçıvan Muxtar Respublika stadionu, 15:30.

MOİK – “Kəpəz-2” 2:1
Qol: Tural Nəsirov, 33. İlham Allahverdiyev, 83 – Zahid Mərdanov, 80.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
Binə qəsəbə stadionu, 15:30.

“Mingəçevir” – “Şamaxı-2” 2:4
Qol: Rüstəm Nuruyev, 5. Elvin Əlizadə, 90 – Xəyal İbrahimov, 52. Rövşən Şahmuradov, 70. Tapdıq Əhmədov, 73. Malik Nadirov, 88.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30.

29 sentyabr

“Qaradağ Lökbatan” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Səbail-2” – “Qarabağ-2”
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Rasim Axundov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Gülağa Cabarov.
“ASCO Arena”, 16:00.

“Neftçi-2” – “Zaqatala”
Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.