Birinci Divizion: “Neftçi” 3 qolla qalib gəldi, “Qarabağ” 4 qola üzüldü

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 11-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Neftçi”nin əvəzediciləri “Zirə”nin ikinci komandasını böyük hesabla məğlub edib. “Qarabağ”ın əvəzediciləri isə “Kəpəz″in əvəzedici komandasına böyük hesabla uduzub. Rauf Əliyev bu oyunda het-trikə imza atıb.

“Zaqatala” doğma meydanda “Sumqayıt”ın əvəzediciləri üzərində inamlı qələbəyə sevinib. “İmişli” isə “Şamaxı”nın ikinci komandasını minimal hesabla üstələyib.

Birinci Divizion
11-ci tur
8 noyabr

“Mingəçevir” – “Araz Naxçıvan” 1:0
Qol: Roman Hüseynov, 36.
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Babək Quliyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.

“Səbail-2” – “Turan Tovuz-2” 1:0
Qol: Vidadi Cəfərov, 18.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Əmrah İbrahimov.
“ASCO Arena”, 14:00.

“Qaradağ Lökbatan” – “Qəbələ-2” 2:1
Qol: Rəvan Abasov, 69. Sabir Allahquliyev, 85-pen – Rauf Məhərrəmov, 58.
Hakimlər: Emin Əliyev, Zakir Şükürzadə, Gülnurə Əkbərzadə, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
Lökbatan OİK stadionu, 14:30.

9 noyabr

“Neftçi-2” – “Zirə-2” 3:0
Qol: Elşad Tağıyev, 8. Ramin Nəsirli, 42. Vüsal Əsgərov, 54.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Zaqatala” – “Sumqayıt-2” 3:1
Qol: Roini İsmayılov, 16. Cəlal Cəbrayılov, 59. İbrahim Qədirzadə, 83 – Vüsal Alızadə, 43.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Anar Bədəlov, Şamil İmanzadə.
Hakim-inspektor: Ömər Paşayev.
Zaqatala OİK stadionu, 14:00.

“Qarabağ-2” – “Kəpəz-2” 1:4
Qol: Emil Abbasov, 49 – Rauf Əliyev, 62-pen; 72-pen; 80. Əli Səmədov, 90.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, İslam Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
Binə qəsəbə stadionu, 14:00.

“İmişli” – “Şamaxı-2” 1:0
Qol: Elnur Səmədov, 38-pen.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Vüqar Bayramov, Tural İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
Saatlı OİK stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: