Futbol üzrə Azərbaycan Birinci Divizionunda 9-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Qaradağ Lökbatan”la “Zirə”nin əvəzediciləri arasında baş tutan matçda hesab açılmayıb. Səfərdə “Mingəçevir”lə qarşılaşan “Turan Tovuz”un əvəzediciləri isə darmadağına sevinib. “Qəbələ”nin ikinci komandası da MOİK-lə səfər matçından qalib ayrılıb.
Turun qalan dörd görüşü isə oktyabrın 26-na təsadüf edəcək.
Birinci Divizion
9-cu tur
25 oktyabr
MOİK – “Qəbələ-2” 2:4
Qol: İlham Allahverdiyev, 33; 71 – Fərid İsgəndərov, 5. Süleyman Damadayev, 56. Rauf Məhərrəmov, 59-pen. Əli Mürsəlov, 90+4.
Hakimlər: İslam Məmmədov, Şirmamed Mamedov, Orxan İbişov, Kamil Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
Binə qəsəbə stadionu, 14:00.
“Mingəçevir” – “Turan Tovuz-2” 0:3
Qol: Vüsal Məsimov, 30. Elçin Qasımov, 41. Akif Tağıyev, 76.
Hakimlər: Emin Əliyev, Rasim Axundov, Anar Bədəlov, Tural İbrahimov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:30.
“Qaradağ Lökbatan” – “Zirə-2” 0:0
Hakimlər: Elvin Bayramov, Ruslan Quliyev, Asif Abdullayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
Lökbatan OİK stadionu, 14:30.
26 oktyabr
“Səbail-2” – “Sumqayıt-2”
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Vüqar Bayramov, Rəsul Babayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “ASCO Arena”, 14:00.
“Zaqatala”– “Şamaxı-2”
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Zaqatala OİK stadionu, 14:00.
“Qarabağ-2” – “İmişli”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Zakir Şükürzadə, Cavid Cəlilov.
Hakim-inspektor: İmanxan Sultani.
Binə qəsəbə stadionu, 14:00.
“Neftçi-2” – “Kəpəz-2”
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
“Neftçi” Futbol Mərkəzi, 4-cü meydança 15:00.


