Birinci Divizionda 2-ci turun oyun cədvəli bəlli oldu

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun oyunları 30 və 31 avqustda keçiriləcək.

Gəncə şəhər stadionunun ehtiyat meydançasında təmir və yenidənqurma işləri aparıldığı üçün hər iki komandanın razılıq məktubu ilə bu turun oyunu “Turan Tovuz-2” – “Kəpəz-2”, 17-ci turun oyunu “Kəpəz-2” – “Turan Tovuz-2” kimi qeyd olunub.

2-ci turun ilk oyun günündə “Zaqatala” “Mingəçevir”i, “Qarabağ”ın əvəzediciləri MOİK-i, “Neftçi”nin əvəzediciləri “Qaradağ Lökbatan”ı qəbul edəcək.

Sonuncu oyun günündə isə “Turan Tovuz”un ikinci komandası “Kəpəz”in əvəzediciləriylə qarşılaşacaqsa, “İmişli” “Araz Naxçıvan”la üz-üzə gələcək. Digər oyunlar “Şamaxı” və “Qəbələ”nin əvəzediciləri, həmçinin “Sumqayıt” və “Zirə”nin ikinci komandaları arasında baş tutacaq.

Birinci Divizion
2-ci tur
30 avqust

“Zaqatala” – “Mingəçevir”
Zaqatala OİK stadionu, 16:30.

“Qarabağ-2” – MOİK
Binə qəsəbə stadionu, 16:30.

“Neftçi-2” – “Qaradağ Lökbatan”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

31 avqust

“Turan Tovuz-2” – “Kəpəz-2”
Tovuz şəhər stadionu, 16:00.

“Şamaxı-2” – “Qəbələ-2”
Şamaxı şəhər stadionu, 16:30.

“Sumqayıt-2” – “Zirə-2”
“Sumqayıt Arena”, 17:00.

“İmişli” – “Araz Naxçıvan”
Saatlı OİK stadionu, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: