Birinci Liqa: 10-cu turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 10-cu turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

10-cu turun ilk iki qarşılaşması bu gün keçiriləcək. Qalan oyunlar isə sabah baş tutacaq.

Birinci Liqa
10-cu tur
6 dekabr

“Karvan” – “İrəvan”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Yevlax şəhər stadionu, 14:00.

“Zaqatala” – “Difai Ağsu”
Hakimlər: Emin Əliyev, Rəhman İmami, Asiman Əzizli, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zaqatala OİK stadionu, 14:00.

7 dekabr

“Qaradağ Lökbatan” – “Mingəçevir”
Hakimlər: Şamil İmanzadə, Namiq Hüseynov, Orxan İbişov, Əkbər Əhmədov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Araz Saatlı” – “Şamaxı”
Hakimlər: Kamran Əliyev, Kamran Bayramov, Mirhinad Seyidov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Saatlı OİK stadionu, 14:00.

“İmişli” – MOİK
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: