Birinci Liqa: 10-cu turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

10-cu turun görüşləri iki günü əhatə edəcək. Qarşılaşmalar dekabrın 10-da və 11-də keçiriləcək.

Qeyd edək ki, mövsümün geridə qalmış 7 turundan sonra 19 xal toplamış “Şəfa” vahid liderdir. “Səbail” 17 xalla ikinci, “Mingəçevir” isə 13 xalla üçüncü pillədə qərarlaşıb.

Birinci Liqa
10-cu tur

10 dekabr

“Mingəçevir” – “Cəbrayıl”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Baku Sportinq” – “Şahdağ Qusar”
Buzovna qəsəbə stadionu, 14:30.

MOİK – “Şimal”
Binə qəsəbə stadionu, 14:30.

11 dekabr

“Şəfa” – “Zaqatala”
Binə qəsəbə stadionu, 14:30.

“Səbail” – “Difai”
“Bayıl Arena”, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: