Birinci Liqa: 11-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 11-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə məlumat yayıb.

11-ci turun oyunlarına sabah start veriləcək. İlk gündə iki oyun keçiriləcəksə, qalan üç qarşılaşma dekabrın 14-nə təsadüf edəcək.

Birinci Liqa
11-ci tur
13 dekabr

MOİK – “Zaqatala”
Hakimlər: Əkbər Əhmədov, Asif Abdullayev, Rəhman Aslanov, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Binə qəsəbə stadionu, 14:00

“Difai Ağsu” – “Karvan”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu, 14:00

14 dekabr

“İrəvan” – “Qaradağ Lökbatan”
Hakimlər: Emin Əliyev, Tərlan Talıbzadə, Rasim Axundov, Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bakı. “ASK Arena”, 13:00

“Mingəçevir” – “Araz Saatlı”
Hakimlər: İslam Məmmədov, Vüqar Bayramov, Anar Bədəlov, Kamil Aydınov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00

“Şamaxı” – “İmişli”
Hakimlər: Əli Əliyev, Ruslan Quliyev, Samir Qaracayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu, 14:00

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: