Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
11-ci turun görüşləri üç günü əhatə edəcək. Qarşılaşmalar dekabrın 17-də, 18-də və 19-da keçiriləcək.
Qeyd edək ki, mövsümün geridə qalmış 7 turundan sonra 19 xal toplamış “Şəfa” vahid liderdir. “Səbail” 17 xalla ikinci, “Mingəçevir” isə 13 xalla üçüncü pillədə qərarlaşıb.
Birinci Liqa
11-ci tur
17 dekabr
“Zaqatala” – MOİK
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şimal” – “Baku Sportinq”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
18 dekabr
“Difai” – “Mingəçevir”
Ağsu şəhər stadionu, 13:00.
“Şahdağ Qusar” – “Səbail”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
19 dekabr
“Cəbrayıl” – “Şəfa”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.


