Birinci Liqa: 2024/25-ci illər mövsümünə yekun vuruldu

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün sonuncu – 27-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Baku Sportinq” – MOİK matçında qapılara qol vurulmayıb. “Cəbrayıl” doğma meydanda “Zaqatala”nı tək qolla üstələyib. Üç qolun vurulduğu “Difai” – “İmişli” oyununda isə qonaqlar qələbə qazanıblar.

Beləliklə, “Qəbələ” 67 xalla Birinci Liqanın cari mövsümünü çempion kimi başa vurub və Premyer Liqaya vəsiqə qazanıb. “İmişli” 52 xalla ikinci yeri tutubsa, “Karvan” 47 xalla üçüncü olub.

Birinci Liqa
27-ci tur

22 may

“Qaradağ Lökbatan” – “Qəbələ” 0:3
Qollar: Abdullahi Şuaybu, 63. Salman Ələsgərov, 84. Domi Massumo, 87-pen.
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Vüqar Bayramov, Niyaz Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Mingəçevir” – “Karvan” 2:1
Qollar: Abba Usman, 15-pen. Nahid Əliyev, 64 – Ezekiel Morqan, 68.
Hakimlər: Şamil İmanzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 17:00.

23 may

“Cəbrayıl” – “Zaqatala” 1:0
Qol: Samir Məhərrəmli, 74.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 15:00.

“Baku Sportinq” – MOİK 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elmin Süleymanov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 15:00.

“Difai” – “İmişli” 1:3
Qollar: Seymur Rəhimov, 8 – Həzrət İsayev, 26. Elmir Rəhimzadə, 67. Xəlil Bəşirov, 85.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Sənan Bayramzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: