Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 23-cü turunun bütün təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
23-cü tura aprelin 24-də start veriləcək. Turun qalan görüşləri aprelin 25-də baş tutacaq.
Birinci Liqa
23-cü tur
24 aprel
“Qaradağ Lökbatan” – “Difai”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Rasim Axundov, Nazim Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Mingəçevir” – “Baku Sporting”
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Rəhman Aslanov, Samir Musayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 17:00.
25 aprel
“Karvan” – “Cəbrayıl”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 17:00.
“Zaqatala” – “İmişli”
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Qəbələ” – MOİK
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Qəbələ şəhər stadionu, 18:00.


