Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 26-cı turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
26-cı turun görüşləri mayın 15-də və 16-da keçiriləcək.
Birinci Liqa
26-cı tur
15 may
“Qəbələ” – “Zaqatala”
Qəbələ şəhər stadionu, 16:00.
16 may
“Difai” – “Cəbrayıl”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“İmişli” – “Baku Sportinq”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 17:00.
MOİK – “Mingəçevir”
Binə qəsəbə stadionu, 17:00.
“Karvan” – “Qaradağ Lökbatan”
Yevlax şəhər stadionu, 17:00.


