Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 7-ci turunun oyun cədvəli məlum olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Belə ki, 7-ci turun qarşılaşmaları 1-2 noyabrda keçiriləcək.
Birinci Liqa
7-ci tur
1 noyabr
“Şamaxı” – “Difai Ağsu”
Şamaxı şəhər stadionu, 14:00.
“Mingəçevir” – “İrəvan”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.
“İmişli” – “Zaqatala”
İmişli şəhər stadionu, 14:30.
“Araz Saatlı” – “Karvan”
Saatlı OİK stadionu, 14:30.
2 noyabr (cümə axşamı)
“Qaradağ Lökbatan” – MOİK
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 13:00.


