Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 9-cu turunun bütün təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
9-cu tura bu gün keçiriləcək iki oyunla start veriləcək. Turun qalan üç görüşü sabah baş tutacaq.
Birinci Liqa
9-cu tur
11 dekabr
“Qaradağ Lökbatan” – MOİK
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elman Musayev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Baku Sportinq” – “Difai”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Baku Sportinq Arena”, 14:00.
13 dekabr
“Zaqatala” – “Karvan”
Hakimlər: Əkbər Əhmədov, Kərim Zeynalov, Tərlan Talıbzadə, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Mingəçevir” – “İmişli”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.
“Qəbələ” – “Cəbrayıl”
Hakimlər: Rəvan Həmzəzadə, Mirnihat Seyidov, Rasim Axundov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 15:00.


