Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 17-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı MOİK – “Qaradağ Lökbatan” matçında qalib müəyyənləşməyib. “Difai”nin qonağı olan “Baku Sportinq” isə tək qolla vacib 3 xala sahib çıxıb.
17-ci turun qalan qarşılaşmaları martın 7-də keçiriləcək.
Birinci Liqa
17-ci tur
6 mart
“Difai” – “Baku Sportinq” 0:1
Qol: Luka Stevanoviç, 40.
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
MOİK – “Qaradağ Lökbatan” 2:2
Qollar: İbrahim Əliyev, 43. Nihad Qurbanlı, 71 – Araz Abdullayev, 6; 45+1-pen.
Hakimlər: Əli Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Alik Yunusov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 14:00.
7 mart
“Cəbrayıl” – “Qəbələ”
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Bayıl Arena”, 13:00.
“İmişli” – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.
“Karvan” – “Zaqatala”
Hakimlər: Vüqar Həsənli, Şirmamed Mamedov, Kərim Zeynalov, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Yevlax şəhər stadionu, 14:00.


