Birinci Liqa: “Hypers” – “Difai” matçının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün pley-off oyununun vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2025/2026-cı illər mövsümündə Birinci Liqada çıxış etmək uğrunda cari mövsüm bu liqada 9-cu yeri tutmuş “Difai” ilə İkinci Liqada 4-cü olmuş “Hypers Quba” mayın 28-də üz-üzə gələcəklər. Həlledici oyun “Bayıl Arena”da keçiriləcək. Qarşılaşmaya saat 16:00-da start veriləcək.

Bununla əlaqədar mayın 26-da saat 11:00-da AFFA-nın inzibati binasında görüş baş tutacaq. Tədbirdə bu oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.

Qeyd edək ki, 2025/2026 mövsümündə İkinci Liqada iştirak etmək uğrunda pley-off oyunu ilə bağlı daha sonra məlumat veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: