Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Araz Saatlı”nın qonağı olan “Difai Ağsu” 4 cavabsız qola sevinib. Beş qolun qeydə alındığı “İmişli” – “İrəvan” oyununda isə meydan sahibləri qələbə qazanıblar.
Turun qalan üç oyunu sabah – aprelin 11-də keçiriləcək.
Birinci Liqa
21-ci tur
10 aprel
“Araz Saatlı” – “Difai Ağsu” 0:4
Qollar: Bayraməli Qurbanov, 10; 80. Kristian Kamta, 17; 77.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, İslam Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Saatlı OİK stadionu, 15:00.
“İmişli” – “İrəvan” 3:2
Qollar: Elşən Abdullayev, 17-pen. Xəqani Sadıxov, 25. Xəzər Mahmudov, 90+1 – Bayram Əliyev, 62. Xəyyam Hüseynov, 85.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:30.
11 aprel
“Şamaxı” – “Mingəçevir”
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Asif Abdullayev, Vüqar Həsənli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abasov.
Şamaxı şəhər stadionu, 15:00.
“Karvan” – MOİK
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Yevlax şəhər stadionu, 15:00.
“Qaradağ Lökbatan” – “Zaqatala”
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Sənan Atayev, Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan OİK stadionu, 15:30.


